Bakıda ahıl qadının meyiti tapılıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1934-cü il təvəllüdlü Nəsirova Həsrət İskəndər qızınıncəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.