Bakıda 79 yaşlı kişinin meyiti mənzilində aşkarlanıb.
Lentaz-ın FHN-in saytına istinadən məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1938-ci il təvəllüdlü Qrintinkov Vladeslav Vasileviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.