Bakıda 62 yaşlı qadının mənzilində meyiti tapılıb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1955-ci il təvəllüdlü Hüseynova Zemfira Əjdər qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər