.Bakıda 60 yaşlı kişinin mənzilində meyiti tapılıb.
Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1957-ci il təvəllüdlü Həsənov Rəfail Əbdülhəsən oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.