Bakıda 53 yaşlı kişinin yaşadığı evi əxlaqsızlıq yuvasına çevirməsi faktı aşkarlanıb. Lent.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1961-ci il təvəllüdlü, Bakı sakini İmanov Teymur Qulu oğlunun gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi və yaşadığı ünvanda əxlaqsızlıq yuvası saxlaması faktı aşkar olunub.
Faktla bağlı araşdırmalar aparılır.