Bakıda 2 nəfər avtobusun altında qaldı
03 yanvar 2017 12:32 (UTC +04:00)

Bakıda 2 nəfər avtobusun altında qaldı

Dekabrın 31-də Bakıda 2 nəfəri avtobus vurub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 31-də saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində Ağstafa rayon sakini Həsən Qasımov idarə etdiyi "Daevoo" markalı 173 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Nadir Tahirovu vurub. Piyada hadisə yerində ölüb.

 

 

Bundan başqa dekabrın 31-də saat 06 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Hüseyn Hüseynov idarə etdiyi "İsuzu" markalı 62 saylı xətt avtobusu ilə həmyerlisi Səlbinaz Məmmədovanı vurub. Piyada hadisə yerində ölüb.

 

 

Hər iki faktla bağlı Nizami RPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Oxşar yazılar