Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb. 26 yaşlı Süleyman Musazadə iki bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. O, dərhal əməliyyata götürülüb. Əməliyyatdan sonra həkimlər Süleyman Musazadənin həyatı üçün təhlükə olmadığını bildiriblər.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir. Süleyman Musazadəni bıçaqlayan şəxsin tutulması istiqamətində tədbirlər görülür.