Bakı şəhərinin Xətai rayonu ərazisində faciəvi hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Buzovna qəsəbə sakini, 1988-ci il təvəllüdlü İbrahimov Xəyal Araz oğlu Aşıq Qurban küçəsi 75 ünvanındakı evdə təmir işləri apararkən onu elektrik cərəyanı vurub. Bədəninin böyük hissəsinin yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən 25 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, X.İbrahimov usta köməkçisi kimi işləyirmiş. Bədbəxt hadisə də usta alətinin izolyasiya edilməmiş hissəsinə toxunma nəticəsində baş verib.