Bakı şəhərinin Nəsimi rayonunda baş vermiş qətl hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın vesti.az-a istinadən verdiyi məlumata görə, 25 yaşlı Hacıbala Hacıyev Pərviz Abdullayevi qısqanclıq zəminində qətlə yetirib. Məlum olub ki P.Abdullayev H.Hacıyevin bacısı ilə görüşürmüş. Bunu bilən H. Hacıyev əsəbiləşib və P.Abdullayevlə söhbət etmək istəyib.
Söhbət zamanı gənclər arasında konflikt yaranıb və bu zaman H.Hacıyev bıçağı bacısının sevgilisinin ürəyinə sancıb.
Cinayəti törətdikdən sonra H.Hacıyev zərərçəkəni xəstəxanaya gətirib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Daha sonra H.Hacıyev polis bölməsinə gələrək, cinayəti etiraf edib.
***
11:15
Bakıda 24 yaşlı oğlanı qətlə yetirən şəxs həbs edilib.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 24-də Cavadxan küçəsində Quba rayon sakini Hacıbala Hacıyevi şəxsi münaqişə zəminində bıçaqla qətlə yetirməkdə təqsirli bilinən Bakı şəhər sakini Pərviz Abdullayev Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.
***
saat 09.58
Bakıda qətl törədilib.
Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 34 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 25 yaşlı Hacıbala Hacıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zəminində tanışı, 24 yaşlı Pərviz Abdullayevi bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.