Bu gün Bakı yaxınlığında Rusiyaya məxsus quru yük gəmisində texniki nasazlıq yaranıb. Lent. az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xəzər dənizində, Çilov adası yaxınlığında Rusiya Federasiyasına məxsus quru yük gəmisinin mühərrikində texniki nasazlıq baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Qoryaçi” qəza-xilasetmə gəmisi hadisə yerinə cəlb olunub.
Əməliyyatın nəticələri barədə əlavə məlumat veriləcək.