Həmişə gördüyümüz Aydan fərqli olaraq bu dəfə Yerin peykinin yalnız aşağı hissəsi görünüb. Ayın bu formada görünüşü paytaxt sakinlərinin marağına səbəb olub. Qeyd edək ki, bu fəza cismi planetimizin müxtəlif yerlərindən fərqli formada görünür. Azərbaycanın yerləşdiyi coğrafi enlikdə bir qayda olaraq Ayın sağ hissəsi işıqlanlmış olur.