Bakı sakinlərinə yeni il surprizi
10 dekabr 2013 17:51 (UTC +04:00)

Bakı sakinlərinə yeni il surprizi

Yeni ildə paytaxt sakinlərinin daha çox üz tutduqları Dənizkənarı Milli Parkda bir neçə gündən sonra Yeni il tədbirlərinə start veriləcək. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov APA TV-yə açıqlamasında bulvarın müxtəlif yerlərində Yeni il şənliyi keçirmək üçün şam ağacları quraşdırılacağını deyib: "Hər il olduğu kimi, bu il də Bakı şəhərində 15 şam ağacı quraşdırılacaq. Hər şam ağacının yanında bir Şaxta baba və bir Qar qız olacaq. Lisenziya almış insanlar bulvar ərazisində fəaliyyət göstərmək istəyirlərsə, onlar mütləq bizim komissiyadan keçməlidir".

 

Onun sözlərinə görə, seçim zamanı müraciət edənlərin xairici görünüşü və intellektləri yoxlanacaq. Sakinlər ən hündür şam ağacını adət etdikləri yerdə yox, şəhərin başqa istiqamətində görəcəklər: "Keçən il ən hündür şam ağacı Kukla Teatrınına arxasında qurulmuşdu. Bu il fərqli olacaq. Bulvar ərazində tikilən ən hündür yolka yeni karuselin qarşısında quraşdırılacaq. Həmin karuselin dekabrın 25-dək istifadəyə verilməsi gözlənilir. Şam ağacı da həmin ərəfədə quraşdırılacaq. Yəqin ki, 22 metrdən aşağı olmayacaq".

 

Nazim Məcidov deyir ki, artıq sözügedən attraksionda son hazırlıq işləri aparılır: "Hər kabinada 8 nəfər səyahət edə bilər. Bütövlükdə 240 adam iştirak edə bilər. Qiymətlər yəqin ki, 5 manatdan yuxarı olmayacaq".

 

Rəis müavini, bulvarda görüləcək yeni işlərdən də danışdı. Onun sözlərinə görə, ərazidə aparılan yenidənqurma və abadlıq işlərinin davamı olaraq,  bulvar ərazisinin daha da genişləndirilməsi planlaşdırılır: "Artıq "Ağ şəhər bulvarı" adlanan ərazidə də işlər gedir. Bu, Dəniz Vağzalından Nobel prospektində qədər olan hissədir. 2015-ci ilin yayına qədər işlər tamamlanacaq".

 

Bundan sonra isə bulvarda yeni yaşıllıqların salınmasına başlanılacaq. Velosiped yolu çəkiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1408
avatar

Oxşar yazılar