Bakı sakininə qarşı 100 min manatlıq dələduzluq
06 oktyabr 2016 09:52 (UTC +04:00)

Bakı sakininə qarşı 100 min manatlıq dələduzluq

0

Bakı şəhər sakini 41 yaşlı Fərhad Muradova qarşı 100 min manatlıq dələduzluq edilib.

Lent.az-ın Report-a istinadən xəbərinə görə, bu barədə F. Muradov özü hüquq-mühafizə orqanlarına ərizə yazaraq bildirib.

O ərizəsində qeyd edib ki, 1987-ci il təvəllüdlü Nazim Nəsirov ondan 100 000 manat pul alıb, lakin indiyədək qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar