Bakı sakini maşınla qadını vurub qaçdı
03 dekabr 2016 13:54 (UTC +04:00)

Bakı sakini maşınla qadını vurub qaçdı

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə,  dekabrın 2-də saat 10 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Nigar Abdullayeva vurulub. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. 

 

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Ford" markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Məmmədxan Soltanov saxlanılıb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Oxşar yazılar