Bakı-Qazax yolunun kənarındakı yeməkxana yandı
16 oktyabr 2016 09:49 (UTC +04:00)

Bakı-Qazax yolunun kənarındakı yeməkxana yandı

0

Hacıqabul rayonunda yanğın baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,  Qızılburun kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı yeməkxananın lambirdən ibarət tavanı 80 m2 sahədə yanıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Qeyd edək ki, yanan yeməkxana Bakı-Qazax magistralının kənrında yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar