Bakı-Qazax yolunda yük avtomobilləri toqquşdu
29 mart 2014 09:37 (UTC +04:00)

Bakı-Qazax yolunda yük avtomobilləri toqquşdu

Bakı-Ələt-Qazax magistralında yük avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Hacıqabul rayonu, Atbulaq kəndində (rayon mərkəzindən 35 km aralı) "Kamaz" və "Mercedes" markalı yük avtomobillərinin toqquşması ilə bağlı məlumat daxil olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürən-xilasedicilər "Mercedes" markalı yük avtomobillində sıxılmış vəziyyətdə qalmış sürücünü təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 07:25-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Oxşar yazılar