Bağ evindən silah oğurladı
06 yanvar 2017 12:26 (UTC +04:00)

Bağ evindən silah oğurladı

0

Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Bakı şəhər sakini Lətif İsmayılova məxsus mağazadan tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Səlahətdin Əliyev tutulub.

 

Ondan qundağı və lüləsi kəsilmiş "İJ-12" markalı ov tüfəngi götürülmüşdür. Araşdırmalarla onun qeyd edilən tüfəngi ötən il dekabrın 28-də Goradil bağlar sahəsindəki evlərdən birindən oğurlaması, sonradan lüləsini və qundağını kəsməsi müəyyən edilib.

 

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 357

Oxşar yazılar