Bakıda yol qəzasında yaralanan şəxs ölüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 5-də saat 17 radələrində Xətai rayonunun Babək prospektində Bakı şəhər sakini Yalçın Qasımlı idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Məlik Mirzəyevi vurub. Xəstəxanaya yerləşdirilmiş M.Mirzəyev oktyabrın 6-da orada ölüb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.