Azərbaycanlı uçqunun altında qalıb öldü
20 dekabr 2013 12:49 (UTC +04:00)

Azərbaycanlı uçqunun altında qalıb öldü

Azərbaycan vətəndaşı Arxangelskdə binada baş verən uçqunun altında qalaraq, həyatını itirib. APA TV-nin xəbərinə görə, dekabrın 19-da Severodvinsk rayonunda metal konstruksiyasının icazəsiz sökülməsi nəticəsində tikintisi tamamlanmamış binada ciddi uçqun baş verib. Rusiya FHN-in Arxangelsk vilayəti üzrə idarəsinin yaydığı xəbərə görə, fövqəladə vəziyyətlə bağlı məlumat gündüz saatlarında daxil olub. Hadisə yerinə gedən xilasedicilər ərazidə iki kişi ilə qarşılaşıblar. Onlar bildiriblər ki, zərərçəkmiş yoldaşları ilə binanın metal konstruksiyasının qaz avadanlığı ilə qanunsuz söküntüsü ilə məşğul olublar.  Nəticədə tikintinin davamlılığı pozulub və uçqun baş verib. Onların sözlərinə görə, yoldaşları dağıntının altında qalıb. Axtarış xilasetmə işləri nəticəsində 54 yaşlı Azərbaycan vətəndaşının meyiti çoxtonlu ağır metal, kərpic və betonların altından çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1025
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10