Azərbaycanda Ukrayna malları bahalaşacaq
28 mart 2014 14:12 (UTC +04:00)

Azərbaycanda Ukrayna malları bahalaşacaq

Ukraynanın “Naftogaz” şirkəti 1 Maydan etibarən təbii qazın qiymətini ən azı  50% artırmağa başlayacaq. Lent.az-ın məlumatına görə, artımlar 2018-ə qədər sabit bir təqvim çərçivəsində baş tutacaq. Təbii qazın qiymətinin artmasının Ukrayna istehsalçılarına təsir edəcəyi, məhsullarının qiymətinin bahalaşacağı gözlənilir. Mütəxəssislər, bu bahalaşmanın Azərbaycanda da hiss ediləcəyinə diqqət çəkirlər.

 

Azərbaycanın Ukraynadan əsasən qida məhsulları idxal edir. Ukrayna Azərbaycanın ən çox mal idxal etdiyi 5-ci ölkədir. Belə ki, 2013-cü ildə Ukraynadan Azərbaycana 589 milyon manatlıq mal gətirilmişdir ki,  bu da ümumi idxalın 5,5%-nə bərabərdir.

Azərbaycan Ukraynadan daha çox, buğda unu, qənnadı məmulatları, şokalad, süd və süd məhsulları, diri iribuynuzlu heyvan və onun ətini və s. qida məhsulları idxal edir.

2013-ci ildə Ukraynadan Azərbaycana 23,5 milyon manatlıq buğda unu, 13,8 milyon manatlıq duz, 8,9 milyon manatlıq qənnadı məmulatları, 8,7 milyon manatlıq bitki yağı, 7,2 milyon manatlıq şokolad məmulatları, 9 milyon manatlıq çörək-bulka və unlu qənnadı məmulatlar, 5,7 milyon manatlıq süd və süd məhsulları və s. idxal olunub.

mənbə: marja.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672
avatar

Oxşar yazılar