Bu gün Biləsuvar rayonunda partlayış hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Səmədabad kəndində vətəndaşa məxsus "Raf" markalı mikroavtobusda quraşdırılmış maye qaz balonunun partlaması nəticəsində yanğın olub. Avtobusun yanar hissələri tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 11:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.