Bakıda intihar hadisəsi baş verib.
Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Nizami Abdullayev küçəsi, 4 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 53 yaşlı Akim Hacı oğlu Hüseynov yaşadığı evdə özünü asıb.
Mərhumun yaxınlarının dediyinə görə, onun külli miqdarda borcu olub. A. Hüseynovun borca görə intihar etdiyi ehtimal edilir.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.