Azərbaycanda kişi namusunu 36 qoyuna dəyişdi
12 mart 2014 18:33 (UTC +04:00)

Azərbaycanda kişi namusunu 36 qoyuna dəyişdi

0

Ağcabədi rayonunda arvadının intim görüntülərini yayan kişi ilə bağlı şok məlumatlar ortaya çıxıb. Lent.az-ın məlumatına görə, rayon Polis Şöbəsindən milli.az-a bildirilib ki, televiziyada başqa kişi ilə intim görüntüləri yayılan qadının əri, Göyçay rayon sakini Pərviz Əliyev Xocavənd sakini Elmidar Səfərovun çobanıdır. Bir neçə gün əvvəl E.Səfərov polisə şikayət edib ki, P.Əliyev onun 36 baş xırdabuynuzlu mal-qarasını Ağcabədi mal bazarında sataraq pullarını mənimsəyib. Pullarını isə başqa bir qadına xərcləyib. 
  

Polis tərəfindən müəyyən edilib ki, P.Əliyev ayrı-ayrı vaxtlarda 29 baş, martın 9-da saat 04 radələrində isə 7 baş malını sataraq ailəsini fermada qoyaraq qaçıb. 
 

Hazırda təhqiqat araşdırması aparılır. P.Əliyev telefonla polisə heyvanları sataraq pulları mənimsədiyini etiraf etsə də, qaçıb gizlənir.

 

Bu arada isə Elmidarın şəriki olan Qəhrəman Camalovun həmin çobanın həyat yoldaşı ilə intim görüntüləri yayılıb.

Qadın Qəhrəmanla ər-arvad kimi yaşadığını etiraf edib.

 

 

******

 

 

ATV telekanalında yayımlanan “Ümid var” verilişi Ağcabədi rayonunda aksiyaya səbəb olub. Azxeber.com xəbər verir ki, verilişin ötən gün yayımlanan bölümündə həyat yoldaşının başqa kişi ilə olan intim münasibətini videoya çəkib ATV-yə göndərən əslən Ağcabədidən olan kişi yardım istəyib. Belə ki, kişi arvadının onu aldatdığı anları videoya çəkib. Daha sonra isə o “Ümid var” verilişindən ona kömək etmələrini istəyib.

Veriliş zamanı studiyada əyləşən ekspertlər kişinin həyat yoldaşı olan qadını sərt tənqid edərək, onun “sevgilisi”nin də qanun qarşısında cavab verməli olduğunu bildiriblər.

Aparıcı Zaur Baxşəliyev da qadını sərt tənqid edib. Bu gün isə Ağcabədidə bir qrup şəxs bu görüntülərin efirə verilməsi və nəticə olaraq ağcabədililərin aşağılanmasına etiraz ediblər.  Efirdə yayımlananlara etiraz etdiklərini bildirən sakinlər, aparıcının ağcabədilərdən üzr istəməsini tələb ediblər və bu cür görüntülərin efirə verilməsinə etiraz ediblər. İcra hakimiyyətindən sakinlərə bildirilib ki, onların etirazı lazımi instansiyalara çatdırılacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9783

Oxşar yazılar