<b>Ağcabədidə ölən 6 yaşlı uşaq zəhərlənməyibmiş</b>  - <span style="color:red;">YENİLƏNİB
14 noyabr 2016 17:38 (UTC +04:00)

Ağcabədidə ölən 6 yaşlı uşaq zəhərlənməyibmiş - YENİLƏNİB

 

“Ağcabədi rayon sakini 6 yaşlı Elton Şirinov qida zəhərlənməsində deyil, ağ ciyər çatışmazlığından vəfat edib”.

 

Bunu APA-nın Qarabağ bürosuna Ağcabədi rayon Uşaq Xəstəxanasının baş həkimi Rəfiqə Şirinova deyib: “Düzdür, uşaqla bağlı bizə müraciət olunmuşdu. Amma müraciət edərkən uşağın vəziyyəti çox ağır idi. Növbədə olan həkim cərraha ehtiyac duyduğu üçün onu cərrahiyyə şöbəsinə göndərmişdi. Cərrahiyyə şöbəsində uşağa tənəffüs çatışmazlığı diaqnozu qoyulub. Ağcabədi rayon Xəstəxanasında uşaq cərrahiyyəsi şöbəsi olmadığı üçün uşaq Bərdə Uşaq Cərrahiyyəsi Mərkəzinə göndərilmişdi”.

 

Baş həkim deyib ki, yaxınları uşağın pomidor turşusundan zəhərlənərək öldüyünü desələr də, götürülən nümunələr bunu təsdiq etməyib: “Bizim fikrimizə görə, uşaq ağ ciyər çatışmazlığından vəfat edib“.

 

6 yaşlı Elton Şirinovun babası Əsgər Məmmədov APA-ya nəvəsinin həkim laqeydliyindən öldüyünü deyib. Ə. Məmmədov faktla bağlı həkimlərdən şikayətlərinin olmadığını da açıqlayıb.

 

**

13:40

 

Ağcabədidə 6 yaşlı uşağın qidadan zəhərlənərək ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

 

Rayon Prokurorluğundan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, 2010-cu il təvəllüdlü Elton Şirinov ölümündən 3 gün əvvəl anası ilə birgə həbsdə olan atasının yanına gedib.

 

Görüşə gedən ailə özü ilə ev şəraitində bağlanmış pomidor turşusu aparıb. Onlar görüş zamanı birgə yemək yeyiblər.

 

Uşağın əmisi Allahverdi Şirinov, APA-ya bildirib ki, görüşdən qayıtdıqdan sonra E. Şirinovun səhhətində problem yaranıb: “Dərhal kənd həkiminə müraciət elədik.  Həkim sistem köçürdü. Axşamüstü Eltonun vəziyyəti daha da ağırlaşdı. Apardıq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına. Orda həkimlərdən biri dedi ki, uşağın bağırsağında zəhərlənmə var, aparın Bərdə Mərkəzi Rayon Xəstəxanasına. Bərdədə həkimlər dedi ki, çox gecikdirmisiniz, qəbul edə bilmərik. Onlar da Mingəçevir xəstəxanasına aparmağımızı  istədilər. Bərdədən çıxıb Mingəçevirə gedirdik, Yevlaxa çatanda uşaq yolda keçindi”.

 

 

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

11:58

Ağcabədi rayonunda bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 11-də Ağcabədi rayonunun Kürdlər kəndində yaşayan 6 yaşlı Elton Şirinov evlərində qidadan (pomidor turşusundan) zəhərlənərək ölüb.

 

Araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10