Azərbaycana partlayıcı maddə keçirilməsinin qarşısı alındı
22 noyabr 2013 14:35 (UTC +04:00)

Azərbaycana partlayıcı maddə keçirilməsinin qarşısı alındı

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata əsasən, keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda partlayıcı maddə olan barıtın Azərbaycana gətirilməsinin qarşısı alınıb.


 

Dövlət Gömrük Komitəsi (DGK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, respublikanın şimal sərhədindən - Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Eyvazov Qəşəm Durbala oğlu tərəfindən idarə olunan “İkarus-256” markalı, 50 BN 073 nömrə nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı iki ədəd arxa sağ və bir ədəd arxa sol işlək təkərlərin içərisindən gömrük nəzarətindən gizlədilmiş 140 kiloqram partlayıcı maddə-barıt aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

 

Məlumatda o da bildirilir ki, son vaxtlar bəzi cinayətkar ünsürlər tərəfindən Azərbaycana partlayıcı maddələrin gətirilməsinə cəhd göstərilir. Lakin respublikanın gömrük orqanları bu kimi qaçaqmalçılıq hallarının qarşısını vaxtında alır, mütəmadi olaraq operativ əməliyyat tədbirləri həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1216
avatar

Oxşar yazılar