Azərbaycan və Belarus Müdafiə nazirlikləri əməkdaşlıq planı imzaladı
28 sentyabr 2016 16:58 (UTC +04:00)

Azərbaycan və Belarus Müdafiə nazirlikləri əməkdaşlıq planı imzaladı

0

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, sənədə müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycanda rəsmi səfərdə olan Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkov ilə görüşü çərçivəsində imza atılıb.

 

General-polkovnik Z.Həsənov rəsmi Minskin müxtəlif beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın prisipial mövqeyini daim dəstəklədiyinə görə minnətdarlığını bildirib.

Belarus müdafiə nazirinin "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün böyük nümayəndə heyəti ilə Bakıya səfərinin önəmini vurğulayan general-polkovnik Z.Həsənov bunun ölkələr arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da inkişafına yeni təkan verəcəyini deyib.

General-leytenant A.Ravkov öz növbəsində dövlətlərin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Belarusun Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayaraq bu cür görüşlərin ikitərəfli münasibətlərin, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.

Sonra tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, bir sıra istiqamətlərdə əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən, ekspertlərdən ibarət heyətlərin qarşılıqlı səfərlərinin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar