AZAL əl yükünün daşınması normasını artırıb
24 dekabr 2013 16:08 (UTC +04:00)

AZAL əl yükünün daşınması normasını artırıb

Dekabrın 25-dən etibarən «Azərbaycan Hava Yolları» QSC-nin («Azal») beynəlxalq uçuşlarında əl yükünün daşınması normasında dəyişiklik həyata keçirləcək.

 

QSC-dən «APA-Economics»ə verilən məlumata görə, dəyişikliklər nəticəsində «ekonom» sinifli sərnişinlər üçün əl yükünün təyyarə salonuna keçirilməsinə icazə verilən çəkisi 5 kq-dan 8 kq-dək, «biznes» sinfi sərnişinləri üçün isə 10 kq-dan 15 kq-dək artırılır (2 yer).

 

Qeyd edək ki, sərnişinlərin əl yüklərinin (baqajlarının) ölçüləri icazə verilən 115 sm (55x20x40) ölçülərdən artıq olmamalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1498
avatar

Oxşar yazılar