Avtomobildə gizlədilən mobil telefonlar aşkara çıxarıldı
22 noyabr 2016 17:40 (UTC +04:00)

Avtomobildə gizlədilən mobil telefonlar aşkara çıxarıldı

Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib. Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, baxış zamanı avtomobildə idarəetmənin altında gizlədilmiş 4 ədəd “Samsung Galaxy J1 ace” markalı mobil telefon aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 172
avatar

Oxşar yazılar