Avtomobil elektrik dirəyinə,hasara çırpılıb - YENİLƏNİB
14 dekabr 2013 10:46 (UTC +04:00)

Avtomobil elektrik dirəyinə,hasara çırpılıb - YENİLƏNİB

Nərimanov rayonu, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. APA -nın məlumatına görə, 99 SR 755 dövlət nömrə nişanlı "Nissan Teana" markalı avtomaşının sürücüsü yağışlı havada idarəetməni itirərək öncə elektrik dirəyinə, sonra isə yol kənarındakı hasara çırpılıb. Hadisə nəticəsində avtomobil aşıb, sürücü yüngül xəsarət alıb.

 

Dövlət Yol Polsinin Nərimanov Rayon Şöbəsindən APA-ya verilən məlumata görə, hadisəyə səbəb sürücünün içkili halda avtomobili idarə etməsi olub. Sürücü Nərimanov Rayon Polis İdarəsinə aparılıb. Yararsız hala düşən avtomobil isə ərazidən evakuasiya olunub.

 

Faktla bağlı araşdırma aparılır.

# 927
avatar

Oxşar yazılar