Avtomobil təmiri emalatxanasında güclü yanğın olub  - <span style="color:red;">YENİLƏNİB
19 mart 2014 09:59 (UTC +04:00)

Avtomobil təmiri emalatxanasında güclü yanğın olub - YENİLƏNİB

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzovun APA-ya bildirdiyinə görə, yanğın ümumi sahəsi 500 kv.m. olan avtomobil təmiri emalatxanası baş verib.

 

Yanğın nəticəsində profilaktoriyanın 300 kv.m. sahəsi yanıb.

 

Yanğınını səbəblərinə dair müxtəlif versiyaların olduğu bildirilir. Onlardan birinə əsasən, obyektin yaxınlığında qalanan bayram tonqalından taxta konstruksiyalı  dam örtüyünə alov düşüb.

 

Hadisə nəticəsində “BMV” markalı avtomobilin yanar konstruksiyalarının yandığı bildirilir.

 

Hazırda yanğın söndürülüb, yanğının səbəbləri araşdırılır.  

***

01.37

Bakıda yanğın hadisəsi baş verib.

APA-nın məlumatına görə, Bakının Binəqədi rayonu ərazisində, Naxçıvani 27 ünvanında yerləşən avtomobil dayanacağında güclü yanğın baş verib. Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin 8-dən çox yanğınsöndürən briqadası cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1062
avatar

Oxşar yazılar