Lənkəran-Lerik yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Cənub TV-yə istinadən verdiyi məlumata görə, bu gün saat 14 radələrində Lənkəran-Lerik avtomobil yolunun 19-cu kilometrliyində, rayonun Təngivan kəndindən keçən hissəsində 51 yaşlı Şahverdiyev Akif Əziz oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil Lerik istiqamətində hərəkətdə olarkən 80 m dərinlikdə olan dərəyə aşıb. Nəticədə sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Avtomobil isə yararsız vəziyyətə düşüb.
Hadisənin dəqiqi səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.