Avtobusda 35 kq marixuana aşkarlandı
26 yanvar 2017 23:39 (UTC +04:00)

Avtobusda 35 kq marixuana aşkarlandı

0

Naməlum şəxs Vyanadan Berlinə avtobusda 35 kq marixuana aparmağa cəhd edib. 

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Berlinin mərkəzi avtovağzalında baş verib. Sərnişinlərdən biri  çamadanlarını bağaja təhvil verdikdən sonra  avtobusda əyləşib. Çamadanları sərnişindən təhvil alan sürücü kəskin qoxudan şübhələnərək polisə məlumat verib.  Bunu görən sərnişin avtobusdan düşərək ərazidən uzaqlaşıb.   

 

Hazırda həmin şəxsin axtarışları davam etdirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar