Avropa Parlamentinin deputatı "persona non-qrata" elan ediləcək
29 yanvar 2018 12:59 (UTC +04:00)

Avropa Parlamentinin deputatı "persona non-qrata" elan ediləcək

 

"Holokostun anımı ərəfəsində Avropa Parlamentinin İsveçdən olan üzvü Lars Adaktussonun Ermənistan tərəfindən bir milyondan artıq insana qarşı qanlı etnik təmizləmənin, o cümlədən insanlıq əleyhinə cinayət və soyqırım aktı olan Xocalı faciəsinin törədildiyi Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi işğal, təcavüz və qanlı etnik təmizləmə əməllərinə dəstək verməsi mənası daşıyır".

 

Bunu APA-ya açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

 

H. Hacıyev bildirib ki, bu kimi qanunsuz səfər ilə Lars Adaktusson Azərbaycanın qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla bərabər, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərinə xələl gətirir. 

 

"Avropa Parlamentinin üzvü Lars Adaktussonun bu səfərinin Brüsseldə fəaliyyət göstərən və çirkli brilyant ticarəti və pulların yuyulması ilə məşğul olan erməni lobbi rəhbərinin iştirakı və maliyyəsi ilə həyata keçirilməsi xüsusilə utancvericidir.

 

Avropa İttifaqı üzv dövlətlərinin də aqressiv separatizm meyllərindən əziyyət çəkdiyi, Avropa İttifaqı və Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü və suverenliyi dəstəkləndiyi halda, Lars Adaktussonun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və işğal olunmuş ərazilərdə yaradılmış kriminal rejimlə təmasa girməsi heç bir halda başa düşülən deyildir.

 

Aqressiv separatizmi, işğal və təcavüzün nəticələrini dəstəkləmək əvəzinə Avropa Parlamentinin üzvü kimi Lars Adaktussonun İsveç və Finlandiya arasında uğurlu muxtariyyət modeli olan Alaand adaları təcrübəsini bölüşməsi və təşviq etməsi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə və regionda davamlı sülhün təmin olunmasına töhfə verə bilərdi.

 

Sözügedən şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək". - deyə XİN sözçüsü qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15