AVRONEST Azərbaycanla əməkdaşlıqda maraqlıdır - MƏKTUB
27 noyabr 2013 14:25 (UTC +04:00)

AVRONEST Azərbaycanla əməkdaşlıqda maraqlıdır - MƏKTUB

AVRONEST PA-nın həmsədri Yevgeni Kirilov Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanova məktub göndərib.


 

APA-nın xəbərinə görə, məktub AVRONEST PA Bürosunun “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət başçılarının 28-29 noyabr tarixlərində Vilnüsdə keçiriləcək toplantısına ünvanlanmış müraciətinin mətnindən Ermənistan nümayəndə heyətinin üzvü Artak Zakaryanın təkidi ilə ŞT ölkələrinin ərazilərində mövcud olan münaqişələrlə bağlı “həlli uzanmış” ifadəsinin çıxarılması ilə əlaqədardır.

 

Y. Kirilov məktubunda bildirib ki, “həlli uzanmış münaqişələr” ifadəsinin sənəddə əks olunmamasına baxmayaraq, ümumiyyətlə, “münaqişələr” sözünə bütün növ münaqişələr daxildir – həlli uzanan münaqişələr isə bunlardan biridir: “Bundan başqa, Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya Komitəsinin may ayında bütöv assambleya tərəfindən qəbul olunmuş Şərqi Avropa tərəfdaş ölkələrində regionun təhlükəsizlik problemlərinə dair qətnaməsi qəbul olunmuş müraciətə nisbətən daha böyük hüquqi əhəmiyyətə malikdir. Bizim əməkdaşlığımızın Sizin tərəfinizdən müvəqqəti olaraq dondurulmasına səbəb olan digər məsələlərlə bağlı isə sizi məlumatlandırmaq istərdim ki, ötən həftə mən Avropa Parlamentinin prezidenti Martin Şults ilə görüşdüm və o, Vilnüs sammiti ərəfəsində prezident Əliyevlə görüşə təşəbbüs göstərib. İnanıram ki, bu görüş daha yaxşı anlaşmaya stimul yaradacaq. Sizə bildirmək istərdim ki, mən bizim aramızdakı dialoqu və AVRONEST PA çərçivəsindəki əməkdaşlığımızı davam etdirməyə və qarşılıqlı narahatlıq doğuran məsələləri həll etməyin yollarını tapmağa hazıram. Ümidvaram ki, Sizin nümayəndə heyəti belə bir yenidən başlama cəhdini müsbət qarşılayacaq”.  

 

Xatırladaq ki, noyabrın 2-də AVRONEST PA-nın Kiyevdə keçirilən Büro iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bəyanatla çıxış edərək iclası tərk etmişdi. E. Süleymanov öz bəyanatında Avropa Parlamentinin 23 oktyabr 2013-cü il tarixli qətnaməsində Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar qəbul edilmiş 32-ci  bəndə etirazını bildirərək Azərbaycan tərəfinin AVRONEST PA ilə əməkdaşlığı hansı formatda davam etdirəcəyi barədə düşünmək məcburiyyətində qaldığını, həmçinin Azərbaycan torpaqları işğaldan azad edilənədək işğalçı dövlət olan Ermənistanın AVRONEST PA-da ŞT komponenti tərəfindən həmsədrlik edəcəyi dövrdə Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırılacağını bildirmişdi. E. Süleymanov artıq “Şərq Tərəfdaşlığı” ölkələri arasında AVRONEST PA-da həmsədrliklə bağlı razılıq əldə edildiyini söyləyib. Həmin razılığa əsasən Azərbaycan torpaqları işğaldan azad edilənədək quruma ŞT komponentindən Ermənistan və Azərbaycanın həmsədrlik etməsi məqsədəuyğun deyil və həmsədrliyi növbə ilə Gürcüstan, Moldova və Ukrayna həyata keçirəcək. Növbəti sədrliyə real namizəd Gürcüstandır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən çıxdı

Bakıda QƏZA: İşıqfor yerindən çıxdı

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10
Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

11 dekabr 2024 , 16:40