At iki uşaq anasına ağır xəsarətlər yetirdi
16 oktyabr 2016 00:36 (UTC +04:00)

At iki uşaq anasına ağır xəsarətlər yetirdi

0

Qaxda at təpikləyən iki uşaq anası ağır xəsarət alıb. Qax Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 15-i axşam saat 19 radələrində rayonun Tanqıt kənd sakini, 1981-ci il təvəllüdlü Tünzalə Əhliman qızı Hünbətova kəllə-beyin travması, beyin silkələnməsi və qulaq seyvanının cırığı xəsarəti ilə xəstəxanaya daxil olub.

 

Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Tünzalə Hünbətovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar