Ankara FETÖ ilə mübarizədə Berlindən daha böyük dəstək gözləyir. APA-nın məlumatına görə, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım Ankarada Almaniya kansleri Angela Merkel ilə birgə mətbuat konfransında bildirib.
“Bizə FETÖ ilə mübarizədə Almaniyadan daha geniş əməkdaşlıq və dəstək gərəkdir”, - deyə Yıldırım bildirib. Türkiyənin baş naziri İŞİD terror qruplaşması ilə mübarizədə kəşfiyyat məlumatlarına görə Almaniya kanslerinə təşəkkürünü bildirib.