Alma ilə dolu yük maşını aşdı
21 dekabr 2016 04:56 (UTC +04:00)

Alma ilə dolu yük maşını aşdı

0

Xaçmazda  yük maşını aşıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında Gəndob-Yalama yolunun Xaçmazın Gödəkli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  Hadisəyə səbəb 90-CV-266 dövlət nömrə nişanlı  "Mercedes" markalı avtomobil olub. Ötmə əməliyyatı zamanı Bakı istiqamətində hərəkət edən 90-FR-487 dövlət nömrə nişanlı  “Qazel” markalı yük avtomobilini yoldan çıxararaq qəza törədib. Nəticədə yük avtomobili yolun kənarına aşıb.

 

Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, yük avtomobilində olan 3 tona yaxın alma ətrafa dağılıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 241

Oxşar yazılar