Ali məktəbdə tələbəni bıçaqlayan şəxs həbs edilib
29 mart 2014 13:00 (UTC +04:00)

Ali məktəbdə tələbəni bıçaqlayan şəxs həbs edilib

0

Daxili İşlər Nazirliyi Qubada baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 28-də Quba şəhərinin ərazisində yerləşən Quba Rayon Müəllimlər İnstitutunda, oranın tələbəsi Vüqar Babayev münaqişə zəminində tələbə yoldaşı Xalid Osmanlıya döş qəfəsindən bıçaqla xəsarət yetirib. X.Osmanlı xəstəxanaya yerləşdirilib. 

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Babayev saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 757

Oxşar yazılar