Akademik vəfat etdi
14 mart 2014 10:37 (UTC +04:00)

Akademik vəfat etdi

0

Akademik Asəf Nadirov vəfat edib.


 

APA-nın məlumatına görə, Asəf Nadirov bu gün səhər saatlarında Bakıdakı özəl klinikalardan birində dünyasını dəyişib.

 

Qeyd edək ki, Asəf Abbasqulu oğlu Nadirov 1929-cu il martın 13-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd kəndində anadan olub.

 

1951-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisadçı-coğrafiya ixtisasını bitirmişdir. 1968-ci ildə iqtisadi elmlər doktoru, 1970-ci ildə isə professor elmi dərəcəsinə yüksəlib. 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilib.

 

AMEA-nın İqtisadiyyat İnstitutunda şöbə müdiri(1958-1964), elmi işlər üzrə direktor müavini(1964-1981), AMEA Rəyasət Heyətinin baş elmi katibi və akademik-katibi(1981-1997), AMEA-nın Rəyasət Heyətinin üzvü vəzifəsində çalışıb.

 

2003-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komitəsinin Rəyasət Heyətinin üzvüdür.

 

Asəf Nadirovun rəhbərliyi ilə 6 nəfər doktor və 60 nəfərdən artıq namizədlik dissertasiyası müdafiə edib.

 

Mərhum akademik Azərbaycan Respublikasının ali mükafatları "Şərəf" (2009) və "Şöhrət" (2004) ordeni təltif olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1696

Oxşar yazılar