Ağstafa şəhərində vətəndaşa məxsus ərzaq malları dükanı yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən məlumatına görə, ümumi sahəsi 20 m² olan mağazanın tavanı 10 m² sahədə və ərzaq malları qismən yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.