Dünən Ucarda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar Bakı şəhərinə göndərilib.
Ucar Mərkəzi Rayon Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, yol qəzasında xəsarət almış 5 nəfərin hamısının vəziyyəti ağır olduğundan onlar Bakıdakı xəstəxanalara göndəriliblər.
Qeyd edək ki, hadisə dünən Bakı-Qazax yolunun Ucar rayon ərazisindən keçən hissəsində qeydə alınmışdı. Benzin daşıyan yük maşını ilə “Mercedes” markalı iki minik maşınının toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölmüş, 5 nəfər ağır xəsarətlər almışdı.