Ağdam rayon sakini zəhərlənərək ölüb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Əhmədağalı kənd sakini Abbasov Yadigar Novruz oğlu, əvvəllər içərisində kimyəvi rəng olmuş dəmir çəlləyi elektrik kəsicisi ilə kəsmək istəyərkən yaranmış tüstü və qazdan zəhərlənib. Onu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırmağa çalışsalar da, yolda dünyasını dəyişib.
Faktla bağlı yerli hüquq-mühafizə orqanlarında araşdırma aparılır.