Ağcabədi rayonunun Hacılar kəndində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı uşaq bağçası kimi fəaliyyət göstərən tikilinin yanar konstruksiyaları yanıb.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Sumqayıtda isə kafe kimi fəaliyyət göstərən ikimərtəbəli binada yanğın baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri əraziyə cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.