Martın 7-də AFFA-nın növbəti konfransı keçiriləcək. Lent.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, saat 11:00-da başlanacaq tədbir AFFA-nın Nizamnaməsinə uyğun olaraq baş tutacaq.
Konfransın gündəliyinə 8 məsələ daxil edilib:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması.