Avtomobil qaçıran Bakı sakini saxlanılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi, Abşeron RPİ və Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də Abşeron rayon sakini Rasim Məmmədova məxsus qaçırılan “Opel” markalı avtomobil həmin gün Salyan rayonunun Sarvan kəndi ərazisində saxlanılıb. Avtomobili idarə edən Bakı şəhər sakini Cavidan Əliyevlə birgə Salyan RPŞ-yə təhvil verilib.
Araşdırma aparılır.