ABŞ-ın Azərbaycandakı səfirliyinin avtomobili Bakıda yol qəzasına düşüb.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mikayıl Müşfiq küçəsində, Nərimanov heykəlinin qarşısında qeydə alınıb.
ABŞ səfirliyinin Azərbaycandakı nümayəndəliyinin xanım əməkdaşının idarə etdiyi “Land Rover” markalı avtomobillə Fidan Əjdər qızı Babayevanın idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub.
Nəticədə Ə. Babayeva xəsarət alaraq xəstəxanaya müraciət edib.
Faktla bağlı araşdırma aparılır.