Ukraynada Milli Rabitə Akademiyasının 3-cü kurs tələbəsi olan Azərbaycan vətəndaşı həbs edilib. Adı açıqlanmayan həmyerlimiz Dvoryanskiy kücəsində 26 yaşlı şəxsi bıcaqla öldürməkdə şübhəli bilinir. Hadisə barədə polisə təcili tibbi yardımdan xəbər veriblər. Onlar xəsarət alan şəxsdə kəsici və deşici xəsarətlərin olduğunu bildiriblər. Aparılan araşdırmalar nəticəsində məlum olub ki , səhər saat 5 radələrində 2 nəfər tələbə yataqxanasının yanından keçərkən onlardan birinin mobil telefonu zəng çalıb. Bu vaxt telefon sahibi zəng edəni eşitmədiyindən söyüş söyməyə başlayıb. Həmin vaxt diskotekadan gələn tələbələr yataqxananın qarşında yığışıb söhbət edirlərmiş. Naməlum şəxsin telefonla söyüşlə danışmasını özünə təhqir kimi qəbul edən isə bizim həmyerlimiz olub. Onlara irad bildirdikdən sonra tərəflər arasında mübahisə başlayıb və həmyerlimiz 26 yaşlı şəxsə bıçaqla zərbə endirib. Təqsirləndirilən şəxs artıq həbs olunub və onun barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Ukrayna qanunvericiliyinə görə, 26 yaşlı həmyerlimizi 7 ildən 15 ilə qədər ciddi cəza gözləyir.
Ukraynada qətl törədən AZƏRBAYCANLI TƏLƏBƏ HƏBS OLUNUB
1656