Bakıda Samsung Electronics şirkətinin dəstəyi ilə tədbir keçirilib: 132-134 saylı təhsil kompleksində Samsung Smart School lahiyəsinin açılışı baş tutub.
Layihə şirkətin sosial-korporativ məsuliyyəti üzrə kompleks proqram çərçivəsində həyata keçirilmişdir.
13 dekabr tarixində AR Təhsil Nazirin Müavini cənab Ceyhun Bayramovun iştirakı ilə 132-134 saylı təhsil kompleksinin şagirdləri və müəllimləri informasiya texnologiyalarının təhsil prosesinə inteqrasiyasının texniki və potensial imkanlarını nümayiş etdirmişlər.
«Samsung Smart School» proqramı çərçivəsində 132-134 saylı təhsil kompleksinin tələbə və müəllimləri açılışı dekabrın 13-də baş tutmuş Samsung şirkətinin "ağıllı sinif"ində təlim-tədrisin üstünlüklərini ilk olaraq dəyərləndirə biləcəklər.
“Samsung Smart School” layihənin əsas üstünükləri:
- Dərs vəsaiti kimi android proqramlardan istifadə
- Şagirdlərin interaktiv tədris prosesinə marağı və cəlb edilməsi
- Texniki dəstək və zəmanət
- Dərs zamanı müəllim və şagirdlərə yaradıcılıq imkanları təmin edən proqram həlli
- Müəllimə sinifi, dərs prosesini, şagirdlərlə qarşılıqlı ünsiyyəti daha dəqiq və rahat idarə etmə imkanı verir
«Samsung həmişə fəaliyyət göstərdiyi ölkələrin ictimai inkişafına öz töhfəsini verməyə səy göstərir. Təhsil və araşdırma fəaliyyətləri həmişə şirkətimizin üstünlük verdiyi istiqamətlər olmuşdur. Samsung yüksək texnologiyalar sahəsində bir sıra kateqoriyalarda lider hesab olunur. Biz sənayedə , o cümlədən təhsil sahəsində də liderliyimizi qorumaq niyyətindəyik. Əminik ki, Smart School proqramı təhsil prosesinə informasiya texnologiyalarının səmərəli inteqrasiyası üçün faydalı vasitə olacaqdır", - Samsung Electronics şirkətinin Qafqaz üzrə Baş direktoru cənab Sanqpil Çan bildirdi.
Smart School – bu, müasir avadanlıqlarla - kompüter (1 noutbuk) , planşetlər ( 35 ədəd), xüsusi proqram təminatı ilə bir-biri ilə əlaqəli olan interaktiv lövhə və printer ilə təchiz olunmuş xüsusi bir sinifdir. Smart class ayrı-ayrı tədris proqramlarınının səmərəliliyini, eləcə də məktəblilərin komputer savadını əhəmiyyətli dərəcədə artırmağa kömək edəcək.