Masallıda təmirdə olan avtomobil yanıb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Digah kəndində vətəndaşa məxsus avtomobil təmiri sexində təmirə dayanmış “Mercedes” markalı minik avtomobilinin salonu qismən və 1 ədəd təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.