"Lotu Quli" kirvəsi onu həbs edən polisləri məhkəməyə çağırdı
18 oktyabr 2017 11:15 (UTC +04:00)

"Lotu Quli" kirvəsi onu həbs edən polisləri məhkəməyə çağırdı

 

 

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Alllahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hakim elan edib ki, dindirilməmiş iki polis əməkdaşı qalıb. Həmin polis əməkdaşları müəyyən səbəblərdən məhkəmədə iştirak etməyiblər.

 

M.Namazovun vəkili həmin şahidlərin dindirilməsinin zəruri olduğunu bildirib.

 

Təqsirləndirilən şəxs də həmin polis əməkdaşlarını məhkəmə dindirilməsini istəyib.

 

 

Şahidlər dindirildikdən sonra Məhəbbət Namazov da ifadə verəcək.

 

Bu səbəbdən də məhkəmə prosesi oktyabrın 25-nə təxirə salınıb.

 

Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

 

Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.

 

Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410

Oxşar yazılar